"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
31.05.2019. Xidmətin 9-cu ildönümü
31.05.2019. Xidmətin 9-cu ildönümü

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin

yaradılmasının 9-cu ildönümü münasibətilə tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində keçirilən tədbirdə Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası  Ali Məclisi Sədrinin müvafiq Fərmanı ilə yaradılan Dövlət Miqrasiya Xidməti artıq 9-cu ildönümünü qeyd edir.  Muxtar respublikamızda aparılan uğurlu islahatlar miqrasiya sahəsindən də yan ötməyib. Muxtar respublika ərazisinə olan miqrasiya axınlarını nəzarətdə saxlamaq və miqrasiya proseslərini qanunvericiliyə uyğun idarə etmək və tənzimləmək Xidmətin qarşısına qoyulmuş prioritet istiqamətlərdən biridir.

Həmçinin vurğulanıb ki,  Naxçıvan Muxtar Respublikasında təhlükəsizliyin təmin edilməsi, iqtisadi maraqların qorunması, miqrasiya sahəsində dövlət siyasəti, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsinin daim diqət mərkəzində saxlanılması diyarımıza miqrasiya etməyə, burada yaşamağa, işləməyə, təhsil almağa gələnləri son dərəcə razı salır.

Miqrasiya orqanlarının fəaliyyətinin təşkilində, inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətləri olan, vəzifələrini nümunəvi yerinə yetirən Dövlət Miqrasiya Xidmətinin bir qrup əməkdaşı həvəsləndirmə ilə mükafatlandırılıb.

Sonra Naxçıvan Dövlət Televiziyasının hazırladığı Xidmətin 9 illik inkişafından bəhs edən “Miqrasiya və cəmiyyət” filminə baxılıb.

Sonda Xidmət rəisi Dövlət Miqrasiya Xidmətin yaradılmasının 9-cu ildönümü münasibətilə bütün kollektivi təbrik edib, çətin və şərəfli işlərində uğurlar arzulayıb.