"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
31.01.2019. Dövlət Arxivi üçün iş şəraiti
31.01.2019. Dövlət Arxivi üçün iş şəraiti

Şahbuz Rayon Dövlət Arxivi üçün hərtərəfli iş şəraiti yaradılıb

Muxtar respublikamızda arxiv işinin təşkilinə xüsusi diqqət yetirilir. Həyata keçirilən tədbirlər nəticəsində bu sahənin maddi-texniki bazası möhkəmləndirilmişdir.

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz Rayon Dövlət Arxivi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Şahbuz Rayon Dövlət Arxivi üçün iş otağı və fond istifadəyə verilmiş, computer qoyulmuşdur. Fondda havalandırma sistemi quraşdırılmışdır. Sənədlər ayrı-ayrı rəflərdə cəmləşdirilmiş, onların təsnifatı və arxiv fondu daxilində qruplaşdırılması işləri aparılmışdır.

Ali Məclisin Sədri arxiv sənədlərindən düzgün istifadə və bu sahədə fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar vermişdir.