"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
30.10.2019. Naxçıvan Dövlət Rəsm Qalereyası
30.10.2019. Naxçıvan Dövlət Rəsm Qalereyası

Dövlət Miqrasiya Xidmətinin kollektivi

Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir.

Noyabrın 30-da Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasında olublar.

Xidmətin əməkdaşlarına məlumat verilib ki, 1982-ci ildə ümumilli lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Rəsm Qalereyasının fondunda hazırda 381 eksponat mühafizə olunur. Qalereyanın fondundan naxçıvanlı rəssamlarla yanaşı, Azərbaycanın digər bölgələrindən olan rəssamların, həmçinin rus rəssamlarının əsərləri mühafizə olunaraq nümayiş etdirilir.

Qalereyadakı portret, peyzaj, qrafika, natürmort, məişət, tarixi və başqa janrlarda çəkilmiş rəsm əsərləri, eyni zamanda Azərbaycan rəssamlıq məktəbinin zəngin ənənələrini və müasir inkişaf istiqamətlərini, müstəqil Azərbaycan reallıqlarını dolğun əks etdirən əsərlərlə tanışlıq Xidmət əməkdaşlarında xoş təəssüratlar yaradıb.