"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
30.03.2019. Ağacəkmə keçirilib
30.03.2019. Ağacəkmə keçirilib

1918-1920-ci illərdə ermənilər tərəfindən xalqımıza qarşı törədilmiş sоyqırımı bəşəriyyət tarixində ən qanlı cinayətdir. Həmin dövrdə Naxçıvanda da ermənilər tərəfindən qırğınlar törədilmiş, yaşayış məntəqələri dağıdılmışdır. Xüsusi amansızlıqla aparılan soyqırımlara baxmayaraq naxçıvanlılar düşmən qarşısında mərdliklə dayanmış, mübarizə aparmışlar. Erməni vəhşiliklərinin əsl mahiyyəti ümummilli liderimiz Heydər Əliyevin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra açılmış, xalqımıza qarşı törədilmiş soyqrımlara dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Ulu öndərin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanına əsasən hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 

 Soyqırımı qurbanlarının xatirəsi bu gün də əziz tutulur, yad edilir. 

Martın 30-da muxtar respublikada soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmə keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba Su Anabrının kənarında 2 hektar badam və 1 hektar üzüm bağı salmış, 4 minə yaxın badam və üzüm tingi əkmişlər. Ərazidəki 2 hektar meyvə bağında isə bərpa əkini aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmədə iştirak etmişdir. Məlumat verilmişdir ki, bu ilin yazında muxtar respublika ərazisində 353 hektar sahədə yaşıllaşdırma tədbirləri görüləcək, 108 min müxtəlif meyvə və həmişəyaşıl ting, 710 kiloqram toxum  əkiləcəkdir. 

Ali Məclisin Sədri yaşıllaşdırma tədbirlərinin davam etdirilməsi barədə tapşırıqlar vermişdir. 

Həmin gün muxtar respublikada 31 Mart soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş ağacəkmədə 21 min 843 sakin iştirak etmiş, 22 hektar meyvə bağı və yaşıllıq zolağı salınmış, 15 min ting əkilmişdir.