"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
26.09.2020. Bəhruz Kəngərli Muzeyi
26.09.2020. Bəhruz Kəngərli Muzeyi

Dövlət Miqrasiya Xidmətinin kollektivi Bəhruz Kəngərli Muzeyində olub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq, Dövlət Miqrasiya Xidmətinin muzeylərə kollektiv gedişi davam etdirilir.

Sentyabrın 26-da Xidmətin kollektivi “Muzey günləri” çərçivəsində bu dəfə Bəhruz Kəngərli Muzeyində olub.

Muzeyin bələdçisi məşhur rəssam Bəhruz Kəngərlinin şərəfli ömür yolu, ölməz sənəti haqqında əməkdaşlara ətraflı məlumat verib.

Vurğulanıb ki, hazırda muzeydə 1300-dən artıq eksponat vardır. Onların 388-i 9 ekspozisiya zalında nümayiş etdirilir.

Diqqətə çatdırılıb ki, Azərbaycanın görkəmli rəssamı Bəhruz Kəngərli yaşadığı 30 il ərzində zəngin bir irs yadigar qoymuşdur. O, realist portret və mənzərə rəsm yaradıcılığının, eləcə də Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla Azərbaycan bədii sənət xəzinəsinə dəyərli nümunələr bəxş edib, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Azərbaycan boyakarlığında realizmin əsasını qoyan Bəhruz Kəngərlinin əsərlərində zəngin lirika, nikbin əhval-ruhiyyə duyulur. Bu isə rəssamın vətənə, təbiət gözəlliklərinə bəslədiyi sönməz məhəbbətindən qaynaqlanır.

Binanın birinci mərtəbəsində Bəhruz Kəngərlinin əsərlərinin fotosurətləri, muzeyə hədiyyə olunmuş eksponatlar sərgilənir. Nümayiş olunan 61 orijinal eksponat əsasən binanın ikinci mərtəbəsindəki zallarda yerləşdirilmişdir. Qalan eksponatlar isə muzeyin fondunda saxlanılır.

İkinci mərtəbədəki zallardan birində həmçinin ulu öndər Heydər Əliyevin müxtəlif dövrlərə aid fotoşəkilləri, tarixi sənədlər qorunub-saxlanılmaqla nümayiş olunur.

Muzeydə nümayiş etdirilən zəngin eksponatlar Xidmət əməkdaşlarının marağına səbəb olub, eyni zamanda suallar ətraflı cavablandırılıb.