"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
26.02.2019. Xocalı soyqırımından 27 il keçir
26.02.2019. Xocalı soyqırımından 27 il keçir

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətində Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarlarının Xocalı şəhərində azərbaycanlılara qarşı törədikləri soyqırımından söhbət açıb, kütləvi qırğın nəticəsində günahsız insanların, dinc sakinlərin xüsusi amansızlıqla qətlə yetirildiklərini bildirib.

Qeyd edilib ki, dünya tarixinin ən qanlı faciəsi olan Xocalı soyqırımı zamanı şəhər sakinləri son anadək özlərini əsl qəhrəman kimi aparıb, axır nəfəslərinədək vuruşaraq düşmən qarşısında əyilməyiblər.

Həmin dövrdə Azərbaycana rəhbərlik edənlərin Xocalı soyqırımına biganə münasibət göstərdiklərini, xalqımıza qarşı törədilən cinayəti ört-basdır etməyə çalışdıqlarını vurğulayan Xidmət rəisi Ulu öndərin 1993-cü ildə Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə hüquqi-siyasi qiymət verildiyini, bu soyqırımı haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlərin görüldüyünü qeyd edib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl işlərin davam etdirildiyi, Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görüldüyü, xarici dillərdə kitabların nəşr olunduğu, filmlərin nümayiş etdirildiyi qeyd edilib.

Tədbirin sonunda Xocalı soyqırımına həsr olunan filmə baxılıb.