"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
23.11.2019. Yeni meyvə bağı salınıb
23.11.2019. Yeni meyvə bağı salınıb

Naxçıvan Muxtar Respublikasında ekologiyanın zənginləşdirilməsi diqqətdə saxlanılır. Aparılan tədbirlərin nəticəsidir ki, muxtar respublika ərazisinin 20 faizə yaxını yaşıllıqlardan ibarətdir. Yaşıllaşdırma tədbirləri payız aylarında da davam etdirilir, yeni meyvə bağları salınır. 

Noyabrın 23-də muxtar respublikada payız mövsümünün növbəti iməciliyi keçirilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollektivləri Uzunoba gölünün ətrafında keçirilən iməcilikdə iştirak etmişlər. İməcilik iştirakçıları 2 hektar ərazidə 1500 müxtəlif meyvə və üzüm tingləri əkmiş, aqrotexniki qulluq göstərilmişdir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə tingləri əkmişdir.