"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
23.02.2019. Xatirə Muzeyi ziyarət edilib
23.02.2019. Xatirə Muzeyi ziyarət edilib

Muzey günləri çərçivəsində Xatirə Muzeyinə ziyarət təşkil edilib

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin kollektivi Naxçıvan şəhərində fəaliyyət göstərən Xatirə Muzeyini ziyarət edib.

Muzeylə tanışlıq zamanı məlumat verilib ki, 1997-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Şəhidlər Muzeyi yaradılıb. Muzey 500 eksponatla fəaliyyətə başlayıb. 8 avqust 2000-ci il tarixdə muzeyin adı dəyişilərək Xatirə Muzeyi adlandırılıb. 

Qeyd edilib ki, 1918-ci il 31 mart, 1990-cı il 20 yanvar, 1992-ci il 26 fevral faciələri ilə bağlı Dahi rəhbərin imzaladığı sərəncamların surəti muzeydə özünə yer alıb. Həmçinin, muzeyin ekspozisiyasında 1918-1920-ci illərdə erməni daşnakları tərəfindən Azərbaycan xalqının başına gətirilən faciələri əks etdirən material, fotoşəkil və sənədlər də öz əksini tapıb. Muzeyin guşələrində xalqımızın zəfər dastanının, Şərqdə ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin tarixini əks etdirən nümunələr, doğma torpağımızın parçalanmasının şahidi olan Türkmənçay, Gülüstan müqavilələrinin, eləcə də doğma elimiz Naxçıvanın taleyini həll edən 1921-ci il 16 mart tarixli Moskva, 1921-ci il 13 oktyabr tarixli Qars müqavilələrinin də surətləri muzeyin ekspozisiyasındadır.