"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
22.02.2019 Yeni istirahət parkı salınır
22.02.2019 Yeni istirahət parkı salınır

2004-cü ildə yaradılan Kəngərli rayonu ötən 15 ildə böyük inkişaf yolu keçmişdir. Rayon mərkəzi Qıvraq qəsəbəsində və bütün kənd yaşayış məntəqələrində kompleks quruculuq tədbirləri aparılmışdır. Tikilən yeni sosial obyektlər, müasir inzibati və yaşayış binaları ilə yanaşı, rayon əhalisinin asudə vaxtının mənalı təşkili də diqqətdə saxlanılır, yeni istirahət parkları salınır.
Fevralın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Qıvraq qəsəbəsində tikilən yeni istirahət parkına baxmışdır. 
Məlumat verilmişdir ki, 3 min 500 kvadratmetr sahəni əhatə edən parkda torpaq işləri aparılmış, 1500 həmişəyaşıl ağac əkilmişdir. Parkın su təminatı yaxınlıqda bərpa olunan kəhriz vasitəsilə həyata keçiriləcəkdir. 
Ali Məclisin Sədri parkda sakinlərin istirahəti üçün lazımi şəraitin yaradılması barədə müvafiq tapşırıqlar vermişdir.