"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
18.11.2021. Naxçıvanda şəhid ehtiramla qarşılandı
18.11.2021. Naxçıvanda şəhid ehtiramla qarşılandı

Vətən müharibəsində göstərdiyi şücaətəgörə Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş şəhid leytenant Niftəliyev Ümüd Oruc oğlunun cənazəsi noyabrın18-də muxtar respublikaya gətirilmişdir.

Naxçıvan Beynəlxalq Hava Limanında şəhidimizin qarşılanma mərasimi olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri,Türkiyənin Naxçıvandakı baş konsulu,Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitlərivə şəhidin ailə üzvləri tədbirdə iştirak etmişlər.
Şəhidin üçrəngli bayrağımıza bükülmüş cənazəsi hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi.
Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildirdilər.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı.
Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazəsinin önündən keçildi.
Şəhidin cənazəsi doğulduğu Nehrəm qəsəbəsinə yola salındı.
Ali Məclisin Sədri şəhidin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.