"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
17.04.2021. Təbiətə qayğı
17.04.2021. Təbiətə qayğı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbiətin insan sağlamlığında əhəmiyyətindən bəhs edərək demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır”.

Naxçıvan Muxtar Respublikasında təbiətin mühafizəsinə, yaşıllıq sahələrinin artırılmasına xüsusi diqqət və qayğı göstərilir. Muxtar respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır. Hər il yeni meyvə bağları, meşə zolaqları salınır, təbiətin zənginləşdirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Vaxtlı-vaxtında göstərilən aqrotexniki qulluğun nəticəsidir ki, artıq ağaclar məhsul verir.

 Aprelin 17-də muxtar respublikada iməciliklər keçirilmiş, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, "Naxçıvan Yaşıllaşdırma Xidməti" publik hüquqi şəxsin kollektivləri Naxçıvan şəhərindəki 55 hektarlıq badam bağında keçirilən iməcilikdə iştirak etmişlər. Ötən illər ərzində badam bağında 12 min 800 badam, eləcə də 535 bəzək ağacı əkilmiş, damcı üsulu ilə suvarma sistemi quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, ağaclara aqrotexniki qulluq göstərmiş, mövsüm ərzində badam bağında işlərin davam etdirilməsi barədə tapşırıq vermişdir.