"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
12.03.2019. Hüquqi maarifləndirmə tədbiri
12.03.2019. Hüquqi maarifləndirmə tədbiri

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir

Martın 12-də Dövlət Miqrasiya Xidmətində əcnəbi və vətəndaşlığı olmayan şəxslərin iştirakı ilə “Milli adət-ənənələrimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan tədbiri giriş sözü ilə açan Xidmət əməkdaşı Şəhanə Seyidova tədbirin əhəmiyyətini vurğulayıb və bu kimi maarifləndirici tədbirlərin təşkilinin əcnəbi və vətəndaşlığı olmayan şəxslərin muxtar respublika ərazisində müvəqqəti olması və yaşaması, əmək fəaliyyəti ilə məşğul olması, öz hüquq və vəzifələri ilə bağlı hüquqi məlumat əldə etmələri, həmçinin muxtar respublikanın tarixini, mədəniyyətini və milli adət-ənənələrini tədbir iştirakçılarına geniş şəkildə çatdırmaq məqsədi daşıdığını bildirib. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 31 may 2010-cu il tarixli Fərmanı ilə yaradılan Dövlət Miqrasiya Xidməti 9 ilə yaxın bir müddətdir ki, miqrasiya sahəsində həyata keçirdiyi daxili və xarici siyasətin uğurlarının təzahürü kimi muxtar respublikada əcnəbilərin hüquqi təminatçısına çevrilib. Muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqlarının həyata keçirilməsi, müvəqqəti və daimi yaşamaq, həmçinin haqqı ödənilən əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, onların olduğu yer və yaşayış yeri üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, eləcə də qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla həyata keçirilir.

Tədbirdə çıxış edən Xidmət əməkdaşı Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsinin müasir dövrün tələblərinə uyğun formada yenidən qurularaq 4 Yanvar 2019-cu il tarixdən ölkə vətəndaşlarının, eləcə də əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin istifadəsinə verildiyini bildirib. Qeyd edilib ki, Azərbaycan vətəndaşları, eləcə də xarici ölkə vətəndaşları www.migration.nmr.az saytına daxil olmaqla miqrasiya sahəsində onları maraqlandıran məsələlər barəsində ətraflı məlumat əldə edə  bilərlər.

Mədəniyyət Nazirliyinin əməkdaşı Əli Rzayev mədəni irsimizin qoruyucusu olan “Milli adət-ənənələrimiz” barədə geniş məruzə ilə çıxış edib.  Qeyd edilib ki, min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Dünyanın ən qədim xalqlarından olan azərbaycanlılar özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəviyyatı ilə diqqəti cəlb edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hər zaman milli mənəvi dəyərlərimizə, adət-ənənələrimizə yüksək diqqət və qayğı göstərdiyini vurğulayan Əli Rzayev Ulu Öndərin bu siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Sonda milli adət-ənənələrimizdən bəhs edən videoçarx nümayiş olunub və tədbir iştirakçılarının “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinə ekskursiyası təşkil edilib.