"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
11.03.2019. Müalicə və istirahət kompleksi
11.03.2019. Müalicə və istirahət kompleksi

Martın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə gəlmiş, kompleksin layihəsinə baxmışdır. 
Məlumat verilmişdir ki, Darıdağ arsenli suyu dünyada ən zəngin və güclü mineral tərkibi olan müalicəvi sudur. Bu suyun bir çox xəstəliklərin müalicəsində faydalı olması kliniki təcrübələrdə də sübut olunub. Ona görə də Darıdağ arsenli suyundan müalicə məqsədilə geniş istifadə olunması diqqətdə saxlanılır. Bu məqsədlə ərazidə yeni kompleks inşa olunacaq, 4 mərtəbədən ibarət əsas korpusda otel və xidmət sahələri yaradılacaqdır. Burada qadın və kişilər üçün ayrı-ayrı müalicə hovuzları istifadəyə veriləcək, turistlərin istirahəti üçün lazımi şərait yaradılacaqdır. 
Ali Məclisin Sədri tikinti işlərinə başlanılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini vermişdir.