"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
10.05.2019. Heydər Əliyev – 96
10.05.2019. Heydər Əliyev – 96

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Dövlət Miqrasiya Xidmətində tədbir keçirilmişdir

Əvvəlcə, Dövlət Miqrasiya Xidməti şəxsi heyətinin Ümummilli lider Heydər Əliyevin həyat və fəalyyətindən bəhs edən foto-güşəyə baxışı olub.

Sonra tədbir akt zalında davam etdirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin gənc nəsillərə çatdırılmasının vacibliyini qeyd edən Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev ölkəmizin sosial-iqtisadi həyatının inkişafında və yüksəlişində Ulu öndərin əvəzsiz xidmətlərindən danışmışdır. Xidmət rəisi bildirib ki, müstəqilliyimizin ilk illərində ölkəmiz parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qaldığı bir vaxtda xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi uğurlu siyasi və iqtisadi islahatlarla Azərbaycanda, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında ictimai-siyasi vəziyyət stabilləşmiş, iqtisadi, siyasi və hərbi qüdrət artmışdır. Məhz bu inkişafın nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası bu gün əcnəbilər üçün cəlbedici məkana çevrilmişdir.

Xidmət rəisi Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Sədri Vasif Talıbovun bütün sahələrə olduğu kimi, müasir inkişaf dövründə əhəmiyyətinə görə ön cərgələrdə dayanan miqrasiya sahəsinə daim həssas yanaşmasını, xüsusi əhəmiyyət verməsini, göstərdiyi ali diqqət və qayğını Heydər Əliyev məfkurəsinə sədaqətin bariz nümunəsi olduğunu vurğulamışdır.  

Dahi öndərin misilsiz xidmətlərindən bəhs edən Xidmət rəisi çıxışının sonunda “İllər, əsrlər keçsə də, müdrik şəxsiyyət Heydər Əliyevin xidmətləri qədirbilən xalqımızın yaddaşında əbədi qalacaq, xatirəsi hər zaman dərin hörmət və ehtiramla yad ediləcəkdir. Çünki Azərbaycan xalqı müdrikdir və o, qazanılan bütün nailiyyətlərimizin, doğma yurdumuzun adının yüksəkliklərə ucaldılmasının, sabitliyin, əmin-amanlığın, tərəqqi və inkişafın memarının ümummilli lider Heydər Əliyev olduğunu anlayır” - deyə bildirmişdir.

Sonra Xidmət əməkaşları Ümummilli lider Heydər Əliyevin həyatından və Naxçıvandakı fəaliyyətindən bəhs edən sənədli filmə baxıblar.