"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
08.07.2019. Kollegiya iclası keçirilib
08.07.2019. Kollegiya iclası keçirilib

Dövlət Miqrasiya Xidmətində 2019-cu ilin birinci yarımilinin yekunları

və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Kollegiya iclasını Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev açaraq geniş məruzə ilə çıxış edib. Dövlət Miqrasiya Xidmətinin rəisi Şahin Nəbiyev bildirib ki, 2019-cu il iyunun 28-də kеçirilmiş bеşinci çаğırış Nаxçıvаn Muxtаr Rеspublikаsı Аli Məclisinin onuncu sеssiyаsındа Аli Məclisin Sədri cənаb Vаsif Tаlıbоvun bu ilin birinci yarımilində Nаxçıvаn Muxtаr Rеspublikаsının sоsiаl-iqtisаdi inkişаfının yеkunlаrınа dаir məruzəsindəki müvafiq tapşırıqları Dövlət Miqrasiya Xidməti əməkdaşlarından öz işlərinə daha məsuliyyətlə yanaşmağı bir vəzifə kimi tələb edir. Qeyd edilib ki, bu gün muxtar respublikaya gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qeydiyyatı, yaşama icazələrinin verilməsi, vətəndaşlıq məsələlərinin həll edilməsi, eləcə də əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin verilməsi, miqrasiya proseslərinin təhlili, proqnozlaşdırılması və monitorinqi, qanunsuz miqrasiyaya qarşı mübarizə məsələləri Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən uğurla həyata keçirilir. Xidmət muxtar respublikada miqrasiya idarəetmə sisteminin inkişaf etdirilməsi, miqrasiya proseslərinin daha çevik və işlək mexanizmlər əsasında idarə edilməsi, bu sahədə operativliyin təmin edilməsi və keyfiyyətli kadrların seçilməsinin və səmərəli yerləşdirilməsinin təmin edilməsi sahəsində tədbirlər görür və fəaliyyətini daha yüksək səviyyədə təşkil etmək üçün çalışır.

Xidmət rəisi bildirib ki, muxtar respublikada insan hüquq və azalıqlarına daim diqqətlə yanaşılır və qanunsuz miqrasiyaya qarşı çox ciddi mübarizə aparılır. Belə ki, cari ilin birinci yarısında miqrasiya sahəsində qanunvericiliyin tələblərini pozan 76 əcnəbi aşkarlanmış, həmin şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülmüşdür. Qanunvericiliyin tələblərini pozmuş və ölkə hüdudlarından kənara çıxarılması nəzərdə tutulmuş 1 əcnəbi öz ərizəsi əsasında 3 azyaşlı övladı ilə birgə könüllü olaraq Xidmətin Qanunsuz miqrantların saxlanılması mərkəzində yerləşdirilmişdir.

Vurğulanıb ki, hesabat dövrü ərzində əcnəbilərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti və daimi yaşama icazələrinin verilməsi, iş icazələrinin verilməsi, vətəndaşlıq məsələləri və Xidmətin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı ümumilikdə 4227 müraciət daxil olub. Daxil olan müraciətlərdən 3540-ı əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyatı ilə bağlı olubdur. Həmin müraciətlərdən 2024-ü şəxsən, 1516-sı isə konkret sahələr üzrə elektron xidmətlərin göstərilməsi məqsədilə yaradılmış Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin e-mail ünvanına və elektron hökumət portalına daxil olub.

Xidmət rəisi vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 yanvar 2016-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq, muxtar respublika ərazisində fəaliyyət göstərən sahibkarlarla maarifləndirici tədbir keçirilmişdir. Keçirilən bu kimi maarifləndirmə tədbirlərin əsas məqsədi sahibkarlıq subyektlərinə əcnəbi işçilərin cəlb edilməsi və bu sahədə kadr hazırlığının əhəmiyyətinin artmasıdır.

Həmçinin, qeyd olunub ki, 31 yanvar 2018-ci il tarixində “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”nın imzalanması ilə muxtar respublikamızda turizmin inkişafı üçün sərhəd-keçid prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi, sərhəd-buraxılış məntəqələrində sürətli keçidin təmin edilməsi Dövlət Miqrasiya Xidmətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir.

Şahin Nəbiyev deyib ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin rahatlıqlarının, şəffaflığının tam təminatı istiqamətində tədbirlər davam etdirilir. Bu gün hər bir miqrasiya orqanı əməkdaşı vəzifə borcunu böyük məsuliyyət hissi ilə yerinə yetirməli, neqativ hallara yol aça biləcək nüanslara fürsət verməməlidir.

Sonra məruzə ətrafında Xidmətin şöbə rəisləri Zakir Məmmədovun, Əli Mehdiyevin, Kənan Məmmədovun və Qiyas Paşayevin çıxışları olub.

Kollegiyada xidməti fəaliyyətin təhlili, qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində qarşıya qoyulmuş vəzifələrin şəffaf və operativ şəkildə həlli ilə bağlı müzakirələr aparılıb.

Xidmət rəisi struktur bölmələrinin bundan sonrakı fəaliyyətini də qanunvericiliyə uyğun olaraq icra edilməsi üçün konkret tapşırıqlar verib.