"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
02.10.2022. Beynəlxalq Şahmat Federasiyası
02.10.2022. Beynəlxalq Şahmat Federasiyası

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Beynəlxalq Şahmat Federasiyasının prezidenti ilə görüşüb

Oktyabrın 2-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç ilə görüşmüşdür.

Görüşdə Naxçıvanda 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadasının keçirilməsinə verilən dəstəyə görə təşəkkür ifadə olunmuş, Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər və bu idman növünün kütləviləşməsi ilə bağlı həyata keçirilən tədbirlərdən danışılmış, olimpiadanın yüksək səviyyədə təşkil edildiyi bildirilmişdir.

Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov və Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov görüşdə iştirak etmişlər.