"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
02.07.2019. Müasir iş şəraiti yaradılıb
02.07.2019. Müasir iş şəraiti yaradılıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dövlət qurumları və xidmət mərkəzi üçün yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Heydərabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik və bələdiyyə üçün 4 iş otağı ayrılmış, kitabxana və iclas zalı istifadəyə verilmişdir. Minə yaxın bədii ədəbiyyatla təmin olunmuş kitabxanada oxunması zəruri olan kitablardan ibarət guşə də yaradılmışdır.

Sədərək Rayon Gigiyena və Epidemiologiya Mərkəzi 5 otaq, bakterioloji laboratoriya və anbardan ibarətdir. Mərkəz lazımi avadanlıqlarla təmin olunmuş, fəaliyyətin təşkili üçün hərtərəfli şərait yaradılmışdır. 

Kollektiv adından minnətdarlıq edən Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Yusif Zeynalov əvvəllər lazımi şəraiti olmayan binada fəaliyyət göstərdiklərini qeyd etmiş, yaradılan şəraitin məsuliyyətlərini daha da artırdığını bildirmişdir. 
Ali Məclisin Sədri torpaqlardan səmərəli istifadə olunması, sərhəd bölgəsində gigiyena və epidemioloji tədbirlərin, xüsusilə dezinfeksiya işlərinin diqqətdə saxlanılması barədə tapşırıqlar vermişdir. 
Xidmət mərkəzində ərzaq mağazası, bərbərxana və gözəllik salonu, pinəçi dükanı, dərzi fəaliyyət göstərəcəkdir. Bütün xidmət sahələri lazımi avadanlıqlarla təmin edilmişdir.