"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
01.06.2019. Təbiətə qayğı
01.06.2019. Təbiətə qayğı

İyunun 1-də Naxçıvan Muxtar Respublikasında iməciliklər keçirilmiş, yaşıllıq zolaqları və meyvə bağlarına aqrotexniki qulluq göstərilmişdir.   

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin kollektivləri Uzunoba Su Anbarının ətrafında terras üsulu ilə salınmış meyvə bağında keçirilən iməcilikdə iştirak etmişlər. 3,6 hektarlıq meyvə bağında 2 mindən artıq ərik, badam, cəviz və tut ağacı, eləcə də  1300 üzüm kolu vardır. Lazımi aqrotexniki qulluq göstərilməsinin nəticəsidir ki, artıq ağaclar məhsul verir. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak etmiş, meyvə bağlarına qulluğun davam etdirilməsi barədə tapşırıqlar vermişdir.