"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
01.06.2019. Çimərlik mövsümünə hazırlıq
01.06.2019. Çimərlik mövsümünə hazırlıq

İyunun 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Uzunoba su anbarındakı çimərlik zonasına gəlib, mövsümə hazırlıqla bağlı görülən işlərlə maraqlanıb.

Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri, general-leytenant Şamı Abdullayev məlumat verib ki, mövsümə hazırlıqla bağlı ərazidə təmizlik işləri görülüb, insanların istirahəti üçün lazımi şərait yaradılıb. Böyüklər və uşaqlar üçün nəzərdə tutulan çimərlik iki hissədən ibarətdir. Böyüklərin istirahəti üçün ayrılan sahənin su hissəsinin dərinliyi relyefə uyğun olaraq 4-12 metrdir. Suyun üzərində çimərlik sərhədinin qurtardığını bildirən qadağanedici nişanlar qoyulub.

Çimərlik ərazisində kölgəliklər və paltardəyişmə yerləri qurulub, idman meydançası, eləcə də avtomobil dayanacağı yaradılıb, ictimai-iaşə xidməti təşkil olunub, su velosipedləri və motosikletləri qoyulub. İnsanların təhlükəsizliyi və sağlamlığı da nəzərə alınıb, 1 müşahidə qülləsi yaradılıb, xəbərdaredici və məlumatlandırıcı lövhələr vurulub. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasedici qrupu, eləcə də həkimlər tərəfindən ərazidə xidmət aparılacaqdır. Həmçinin çimərlik zonasına Naxçıvan şəhərindən gündəlik marşrut fəaliyyət göstərəcəkdir.

Qeyd olunub ki, Uzunoba Su Anbarına tələb olunan qədər su ehtiyatı yığılıb. Zəngin mineral tərkibə malik olan su insan sağlamlığı üçün çox faydalıdır. Su anbarının biomüxtəlifliyinin qorunub saxlanılmasına da xüsusi diqqət yetirilib, balıq ehtiyatı artırılıb, balıqçılar üçün lazımi şərait yaradılıb.

Ali Məclisin Sədri iyunun 15-də çimərlik mövsümünün açılması, ərazinin genişləndirilməsi, təmizliyə və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.