"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaqda lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev
Ulu Öndər
Əmək miqrasiyası kvotası

Əmək miqrasiyası kvotası - il ərzində Naxçıvan Muxtar Respublikası ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları nəzərdə tutulan əcnəbilərin sayının son həddidir.

Kvota yerli əmək ehtiyatlarından səmərəli istifadə edilməsi və əmək miqrasiyası proseslərinin tənzimlənməsi sahəsindəki işlərin effektivliyinin artırılması məqsədi ilə tətbiq edilir.

Kvota daxili əmək bazarının vəziyyəti, işçi qüvvəsinə tələbat, iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan Respublikası vətəndaşının iddia etmədiyi boş iş yerlərinin mövcudluğu, məşğulluq xidməti orqanlarının işəgötürənlərin işçi qüvvəsinə olan ehtiyaclarını yerli əmək ehtiyatları hesabına təmin etmək imkanı nəzərə alınmaqla müəyyən edilir.

Hər il Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Naxçıvan Muxtar Respublikasında əmək miqrasiyası kvotası təsdiq edilir.

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş Naxçıvan Muxtar Respublikası ərazisində iqtisadi fəaliyyət sahələri üzrə məşğul olan əcnəbilərin 2020-ci il üçün müəyyən edilmiş əmək miqrasiyası kvotası 13 iqtisadi fəaliyyət sahəsindən və həmin sahələr üzrə 500 yerdən ibarətdir.

2020-ci ilin may ayının 1-dək kvotada nəzərdə tutulmuş 20 mədənçıxarma sənayesindən 5-i, 270 tikinti sektorundan 26-sı, 70 emal sənayesindən 17-si,  10 kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatı sahəsindən 1-i, 20 mehmanxana və restoran xidməti sahəsindən 11-i, 10 səhiyyə və sosial xidmət sahəsindən 4-ü, 30 topdan və pərakəndə satış, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri sahəsindən 16-sı, 25 digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsindən 8-i istifadə edilmişdir.

2020-ci il üçün nəzərdə tutulmuş əmək miqrasiyası kvotasına əsasən

2020-ci ilin may ayının 1-dək Naxçıvan  Muxtar Respublikası ərazisində

iqtisadi fəaliyyət sahələri üzrə sərf olunmuş yerlər barədə 

MƏLUMAT

İqtisadi fəaliyyət sahələri

Kvota

Kvota üzrə sərf olunmuş  yerlərin  sayı

Kvota üzrə sərf olunmamış  yerlərin sayı

 

 

1

Mədənçıxarma sənayesi

20

5

15

 

2

Tikinti sektoru

270

26

244

 

3

Emal sənayesi

70

17

53

 

4

Elektrik enerjisi,qaz və suyun istehsalı

20

-

20

 

5

Topdan və pərakəndə satış,avtomobillərin,məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri

30

16

14

 

6

Nəqliyyat,anbar təsərrüfatı və rabitə

10

-

10

 

7

Kənd təsərrüfatı,ovçuluq və meşə təsərrüfatı

10

1

9

 

8

Maliyyə və sığorta

5

-

5

 

9

Mehmanxana və restoran xidməti

20

11

9

 

10

Təhsil

5

-

5

 

11

Səhiyyə və sosial xidmət

10

4

6

 

12

Digər кommunal,sosial və şəxsi xidmətlərin göstərilməsi 25

8

17

 

13

Balıqçılıq və balıq yetişdirmə

5

- 5

 

 

 

 

 

 

 

Cəmi:

500

88

412