"Miqrasiya təbii bir prosesdir. Onun qarşısını almaq olmaz, almaq da lazım deyil və ümumən müsbət xarakter daşıyır. Dünyada miqrasiya prosesi bütün ölkələrə, xalqlara aiddir"

Heydər Əliyev - 100
Ulu Öndər

Dövlət orqanları tərəfindən müşayiət məktubu ilə aşağıdakı sənədlər təqdim olunur:

-    sorğu vərəqi;

-    2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;

-  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslər üçün - “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);

-  pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-  doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əksetdirən müvafiq sənəd);

-   yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;

-  şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-   övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-    aşağıdakı hallardan biri olduqda 14 yaşından 18 yaşınadək uşaqların müvafiq razılıq ərizələri:

  • əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
  •  əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə;
  • valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə;
  • uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə;
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda;

-   Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmayan və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olan şəxs üçün - başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.

 

Qeyd:

  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
  • Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir.
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.

 

Şəxs özü aşağıdakı sənədləri təqdim edir:

-    ərizə-anket;

-    2 ədəd 3x4 sm ölçüdə fotoşəkil;

-    tərcümeyi-hal;

-  “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasının (və ya Azərbaycan SSR-in) vətəndaşlığında olan şəxslər üçün - “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatları barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilən sənəd (şəxsin yaşayış yeri üzrə qeydiyyata alındığı və qeydiyyatdan çıxarıldığı tarixlər göstərilməklə);

-   pasportun və ya şəxsiyyətini təsdiq edən digər sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-   doğum haqqında şəhadətnamənin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-    yetkinlik yaşına çatmamış uşaqların valideynlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti;

-  şəxs 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqın olduğu halda, bu barədə müvafiq təsdiqedici sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-   övladlığa götürülmə halında əcnəbi uşağın və ya vətəndaşlığı olmayan uşağın övladlığa götürülməsi barədə sənədin surəti (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd);

-   aşağıdakı hallardan biri olduqda 14 yaşından 18 yaşınadək uşaqların müvafiq razılıq ərizələri:

  • əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvadın hər ikisi Azərbaycan Respublikasının vətəndaşıdırsa;
  • əcnəbi və ya vətəndaşlığı olmayan uşağı övladlığa götürən ər-arvaddan biri Azərbaycan Respublikasının vətəndaşıdırsa, digəri isə vətəndaşlığı olmayan şəxsdirsə;
  • valideynlərin vətəndaşlığı dəyişdikdə və bunun nəticəsində hər ikisi Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə;
  • uşağın valideynlərindən biri məlumdursa, həmin valideyn Azərbaycan Respublikasının vətəndaşlığını əldə etdikdə;
  • Azərbaycan Respublikasının ərazisində yaşayan uşağın valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxs, digəri isə vətəndaşlığı olmayan şəxs olduqda;

-   Azərbaycan Respublikasının vətəndaşlığını təsdiq edən sənədlərə malik olmayan və ya belə sənədləri qanunsuz əldə etmələrinə əsaslı şübhələr olan şəxs üçün - başqa dövlətin ərazisində doğulmuşdursa (doğumu Azərbaycan Respublikasının dövlət qeydiyyatına alınmış şəxs istisna olmaqla) və ya valideynlərindən biri başqa dövlətin vətəndaşıdırsa, yaxud həmin şəxs başqa dövlətlərdə yaşayıbsa, həmin xarici dövlətlərin vətəndaşı olmaması barədə sənədin surəti.

 

        Qeyd:

  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında cəzaçəkmə müəssisəsində cəza çəkən şəxslərin cəzaçəkmə müddəti Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən cəzaçəkmə müddəti göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi günədək (1998-ci il oktyabrın 7-dək) Azərbaycan Respublikasında hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi xidmət dövrü Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olma müddəti kimi qəbul edilir. Bu halda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi xidmət dövrü göstərilməklə verilmiş sənəd sorğuya əlavə edilməlidir.
  • Yaşayış yeri üzrə qeydiyyatı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı kimi onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin yaşayış yeri üzrə qeydiyyatı qəbul edilir.
  • Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların yaşayış yeri üzrə qeydiyyatı kimi onların yaşadıqları müəssisələr, yataqxanalar (valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün), qəyyumun (himayəçinin) və ya övladlığa götürən şəxsin yaşayış yeri qəbul edilir.

Sorğu vərəqi və ərizə-anketin nümunəsi

Əcnəbi və vətəndaşlığı olmayan şəxslər (şagirdlər) Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün Dövlət Miqrasiya Xidmətinə müraciət etdikləri zaman qanunvericilikdə (Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 46-cı maddəsi) nəzərdə tutulan digər sənədlərlə yanaşı, orta ümumtəhsil müəssisəsində təhsil almaları barədə aşağıdakı məzmunda arayış da təqdim etməlidirlər.

Arayış forması

 

 


PDF  WORD

Azərbaycan Respublikasında 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar.

Bunun üçün əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin qaldığı yerin (mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və ya digər belə ictimai yerlər) müdiriyyəti və ya mənzilin, digər yaşayış sahəsinin sahibi (“qəbul edən tərəf”) əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin ölkəyə gəldiyi vaxtdan 15 gün ərzində həmin şəxsin olduğu yer üzrə qeydiyyata alınması haqqında ərizə-anketi və onun pasportunun (digər sərhədkeçmə sənədinin) surətini Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin internet informasiya ehtiyatı (www.migration.nmr.az və ya www.miqrasiya.nakhchivan.az), elektron poçt ( miqrasiya@nakhchivan.az) vasitəsi ilə və ya şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə təqdim etməlidir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də olduğu yer üzrə qeydiyyata alınmaları üçün yuxarıda müəyyən olunmuş qaydada müraciət edə bilərlər.

Ərizə daxil olduqdan sonra Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti dərhal əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barədə məlumatları Vahid Miqrasiya Məlumat Sisteminə daxil etməklə onları olduğu yer üzrə qeydiyyata alır və bu barədə 1 iş günü ərzində müraciət edən şəxsə məlumat verir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı müddətlərə qeydiyyata alınırlar:

  • viza əsasında gələnlər - vizada göstərilən qalma müddətinə;
  • viza tələb olunmayan qaydada gələnlər - 90 gün müddətinə.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyata alınması üçün dövlət rüsumu ödənilmir.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduğu yerdən getdikdə, qəbul edən tərəf və ya şəxs özü bu barədə şəxsən Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinə məlumat verir və bu məlumat əsasında onlar olduğu yer üzrə qeydiyyatdan çıxarılırlar. Qeydiyyat müddəti başa çatdıqda, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər qeydiyyatdan çıxarılmış hesab edilirlər.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yuxarıda nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır.

Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu yeri dəyişdikdə, o, yeni olduğu yerə gəldiyi vaxtdan 5 iş günü ərzində bu Məcəllənin 21.2–21.5-ci maddələrində nəzərdə tutulmuş qaydada yeni olduğu yer üzrə qeydiyyata alınmalıdır. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin (yaşayış sahəsinin) sahibinə məxsus digər mənzildə (yaşayış sahəsində) müvəqqəti qaldıqda, onun olduğu yer üzrə yenidən qeydiyyata alınması tələb olunmur.

PDF         WORD

İş icazəsi almaq üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

  • Azərbaycan Respublikası Nazirkər Kabineti tərəfindən  təsdiq  edilən  ərizə-anket;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  pasportunun  və  ya  digər sərhədkeçmə sənədinin surəti;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  nəzərdə  tutulan  işi  yerinə yetirmək  üçün  tələb  edilən  ixtisasa malik  olduğunu  təsdiq  edən  sənədin  notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  •  işəgötürən:  
 1. hüquqi  şəxs  olduqda  –  hüquqi  şəxsin  nizamnaməsinin  və  dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notariat qaydasında təsdiq edilmiş surətləri;
 2. fiziki  şəxs  olduqda  –  fiziki  şəxsin  şəxsiyyətini  təsdiq  edən  sənədin  və fiziki  şəxsə  verilmiş  vergi  ödəyicisinin uçota alınması  haqqında  şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətləri;
 
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.

 

İş icazəsinin müddətinin uzadılması üçün işəgötürən aşağıdakı sənədləri təqdim etməlidir:

  • nümunəsi müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  təsdiq  edilən  ərizə-anket;
  • əcnəbinin  və  vətəndaşlığı  olmayan  şəxsin  nəzərdə  tutulan  işi  yerinə yetirmək  üçün  tələb  edilən  ixtisasa malik  olduğunu  təsdiq  edən  sənədin  notariat qaydasında təsdiq olunmuş surəti;
  • nəzərdə tutulan iş yeri üçün əcnəbinin və vətəndaşlığı olmayan şəxsin cəlb edilməsi zəruriliyini əsaslandıran arayış;
  • əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müvafiq icra hakimiyyəti orqanı tərəfindən  təsdiq  edilən  təhlükəli  yoluxucu  xəstəliklərin  siyahısında  nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış.

 

İş icazəsi bu icazəni almaq üçün dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim olunduqdan sonra işəgötürənə verilir.

Ərizə-anket nümunəsi

   

Əcnəbilər  və  vətəndaşlığı olmayan  şəxslər Azərbaycan Respublikasında müvəqqəti olma  müddətinin uzadılması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Azərbaycan Respublikası Nazirkər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
  • müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən  çıxarış, order,  icarə  (kirayə) müqaviləsi  və  ya  Azərbaycan  Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı  olmayan  şəxsə  yaşayış sahəsi verən şəxsin ərizəsi (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə  və  ya  vətəndaşlığı  olmayan  şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Dövlət  rüsumunun  ödənilməsi barədə  sənəd  Azərbaycan  Respublikasında müvəqqəti olma müddətinin uzadılması barədə qərar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Ərizə-anket nümunəsi:

   

Qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində qaçqın statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə təhvil verməlidir.

Əcnəbilər  və  vətəndaşlığı  olmayan  şəxslər  Azərbaycan  Respublikasının ərazisində müvəqqəti  yaşamaq  icazəsinin  alınması  (müddətinin uzadılması)  üçün aşağıdakı sənədləri təqdim etməlidirlər: 

  • nümunəsi Azərbaycan Respublikası Nazirkər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (pasportun və ya digər sənədin etibarlılıq müddəti verilməsi nəzərdə tutulan müvəqqəti yaşama icazəsinin müddətinin bitməsi tarixindən azı 3 ay artıq olmalıdır);
  • doğum haqqında şəhadətnamənin və ya ona bərabər tutulan digər sənədin notariat qaydasında təsdiq olunmuş surəti (pasportu olmayan 18 yaşına çatmayan şəxslər üçün);
  • müvəqqəti yaşamaq üçün icazənin verilməsinə əsas olan halların mövcudluğunu notariat qaydasında və ya ona bərabər tutulan qaydada təsdiq edən sənəd;
  • Azərbaycan Respublikası Nazirkər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə  tutulmuş  xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;
  • Azərbaycan Respublikasının ərazisində müvəqqəti olma və ya müvəqqəti yaşama hüququ verən sənədin surəti;
  • iqtisadiyyat, sənaye, hərbi, elm, mədəniyyət, idman və digər sahələr üzrə yüksək səviyyəli mütəxəssis olan əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət edən idarə, müəssisə və təşkilatın əsaslandırılmış vəsatəti;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və  ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi  (əcnəbinin və  ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədinin surəti (əcnəbinin və ya  vətəndaşlığı  olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Ərizə-anket nümunəsi:

   

Azərbaycan Respublikası vətəndaşlığını bərpa etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına ərizə-anketlə müraciət edir.

     Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur).
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

   

Azərbaycan Respublikası vətəndaşı Azərbaycan Respublikası vətəndaşlığından çıxması barədə Azərbaycan Respublikası Prezidentinin adına yazılmış ərizə-anketlə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə olunur:

  • 4 ədəd 3x4 ölçüdə fotoşəkil;
  • dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə müvafiq sənədlər;
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd;
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

   

Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir.

Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir:

  • 4 ədəd 3x4 sm. ölçüdə fotoşəkil;
  • dövlət rüsumunun ödənilməsi haqqında sənəd;
  • Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Təhsil Nazirliyindən arayış.
  • Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin və ya qaçqın statusu almış şəxslərə verilən qaçqın vəsiqəsinin surəti;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti (həmin sənədlərə malik olmayan qaçqın statusu almış şəxslər istisna olmaqla);
  • qanuni gəlir mənbəyi olduğunu təsdiq edən sənəd (aşağıdakı sənədlərdən biri: iş yerindən arayış, pensiya, təqaüd və ya ünvanlı dövlət sosial yardım alınması haqqında arayış, fiziki şəxsin gəlirləri haqqında vergi orqanının arayışı, aliment alınması haqqında arayış, himayəsində olduğu şəxsin gəliri haqqında arayış, vərəsəlik şəhadətnaməsi və s.) 
  • “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinin 1-ci bəndində nəzərdə tutulmuş elm, texnika, mədəniyyət və ya idman sahələrində yüksək nailiyyətləri olan şəxslər üçün – onu Azərbaycan Respublikasına dəvət edən dövlət orqanının əsaslandırılmış vəsatəti.

Ərizə-anket nümunəsi:

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq icazəsinin alınması (müddətinin  uzadılması) üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş ərizə-anket;
  • pasportun və ya digər sərhədkeçmə sənədinin surəti;
  • doğum  haqqında  şəhadətnamə  və  ya  ona  bərabər  tutulan  digər  sənədin notariat qaydasında  təsdiq olunmuş  surəti  (pasportu olmayan 18 yaşına çatmamış şəxslər üçün);
  • Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilən təhlükəli yoluxucu xəstəliklərin siyahısında nəzərdə tutulmuş xəstəlik virusu daşıyıcısı (İnsanın immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri) olmaması haqqında arayış;
  • əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin və onlarla gələn ailə üzvlərinin  minimal tələbatını ödəyə bilən vəsaiti olması barədə sənəd (yaxın qohumu olan  Azərbaycan Respublikasının vətəndaşı və ya Azərbaycan Respublikasında  daimi yaşamaq üçün icazə almış şəxs ölkədə qaldıqları vaxtda onların  təminatını  öz üzərinə götürdüyü hallar istisna olmaqla);
  • Azərbaycan Respublikasında müvəqqəti və  ya daimi yaşamaq üçün icazə vəsiqəsinin surəti;
  • Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə alınmasına əsas olmuş halların aradan qalxmadığını sübut edən sənədlərin notariat qaydasında təsdiq olunmuş surəti;
  • 3,5x4,5 sm ölçüdə iki ədəd fotoşəkil;
  • 14-18  yaşında olan uşaqların notariat qaydasında təsdiq edilmiş razılığı;
  • qeydiyyata alınacağı yaşayış sahəsinin sənədi (mülkiyyət  hüququnun dövlət  qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış,  order, icarə (kirayə) müqaviləsi və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər sənəd);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin ərizəsi  (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • əcnəbiyə və ya vətəndaşlığı olmayan şəxsə yaşayış sahəsi verən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti (əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin mülkiyyətində yaşayış sahəsinin olduğu hallar istisna olmaqla);
  • dövlət rüsumunun ödənilməsi barədə sənəd.

Dövlət rüsumunun ödənilməsi barədə sənəd Azərbaycan  Respublikasının ərazisində daimi yaşamaq üçün  icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim edildiyi zaman verilir.

Ərizə-anket nümunəsi: